İranda 39 İsrail casusu TUTULDU

Məlumata görə, ən çox casus Qum şəhərində tutulub. Burada 22, Buşəhr şəhərində isə 9 nəfər İsrailə casusluq etdiyi üçün saxlanılıb. Bundan əlavə 8 nəfər isə İranı tərk edərkən ələ keçiriliblər.
Qeyd olunub ki, bu şəxslər casusluq xidmətləri ilə əlaqədə olmaqda, ictimaiyyət arasında narahatlıq yaratmaqda və İsrail rejimini dəstəkləməkdə ittiham olunurlar.