İran Prezidenti Pezeşkian müşavirə çağırdı

Görüşlərdə əsas diqqət əhaliyə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına və bu sahədə daha çevik və strateji yanaşmanın tətbiqinə yönəlib.
Prezident Pezeşkian qeyd edib ki, ölkənin mövcud sosial-iqtisadi vəziyyəti daha güclü koordinasiya və planlaşdırma tələb edir. O, bu istiqamətdə digər qurumların nümayəndələri ilə də məsləhətləşmələrin davam etdiriləcəyini bildirib.