Mollalar Pezeşkiayana qarşı: “Onun çıxışlarından pis iy gəlir”

Mollalar Pezeşkiayana qarşı: “Onun çıxışlarından pis iy gəlir” İran-İsrail savaşı bitdikdən sonra Tehranın siyasi dairələri, xüsusi ilə dini kəsim prezident Məsud Pezeşkianı hədəfə alıblar.
Tribunainfo.az xəbər verir ki, artıq bu hədəfəalmanın ilk konturları da görünməyə başlayıb.
Belə ki, ötən gün Pezeşkian Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Salmanla telefon danışığında İsraili ittiham etsə də, ABŞ barədə konkret danışmayıb. Bu da molla rejimininürəyincə olmayıb. İran parlamentində Tehran şəhərini təmsil edən deputat Həmid Rəsai prezidenti tənqid edib. “Bugünkü çıxışında Peşkyan əvvəlcə atəşkəs elan edib. İkincisi, yalnız İsrailin təcavüzündən danışıb. Onun fikrincə, Amerika ölkəmizi işğal etməyib?”
Həmid Rəsai daha sonra deyib: “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə söhbətində həkimlər İran və ABŞ arasındakı məsələləri beynəlxalq çərçivələr əsasında həll etməyə hazır olduqlarını bildiriblər. Bu işdən çox pis iyi gəlir!”
P.S. Görünən odur ki, İrandakı molla rejimi müharibənin səhvlərini kiminsə boynuna atmaq üçün “qurbanlıq” axtarır. Həmin “qurbanlıq” isə pezeşkian olaraq seçilib.

Geri qayıt