Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir

Lent.az-ın məlumatına görə, “Novaya qazeta Avropa” öz mənbələrinə istinadən yazır ki, mərasimə dəvətləri Yaxın Şərq ölkələrindən yüksək səviyyəli nümayəndələr də alıb.
Yazıda o da vurğulanır ki, mərasimə hazırlıq bir neçə ay əvvəl başlayıb.
Bu ilin aprelində Ramzan Kadırovun 17 yaşlı oğlu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Qeyd edək ki, 2023-cü ilin noyabrından kiçik Kadırov Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir. Gəncin bir çox mükafatları var, o cümlədən Çeçenistan Respublikasının Qəhrəmanı adı, Kadırov ordeni.
Bundan əlavə, martın sonunda o, Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin kuratoru təyin edilib.