Peskov: Hazırda Putin və Əliyevin telefon söhbəti gündəlikdə yoxdur

"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib.
D. Peskov Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
O vurğulayıb ki, Kremldə Azərbaycan hökumətinin Rusiya ilə münasibətlərə dair qəbul etdiyi qərarlardan təəssüflənirlər.
Peskov əlavə edib ki, hüquq-mühafizə orqanlarının işi demarşlar üçün səbəb olmamalıdır.