Tehrandan Bakıya təhdid: “Azərbaycan neftini İsrailə daşıyan kəmər cəlbedici hədəf kimi görünür”

Tehrandan Bakıya təhdid: “Azərbaycan neftini İsrailə daşıyan kəmər cəlbedici hədəf kimi görünür” Ermənistanda nəşr olunan “İravunk” qəzeti SEPAH-a bağlı mənbəyə istinadən qəribə, həm də təhdid dolu məluamat yayıb.
Tribunainfo.az xəbər verir ki, həmin xəbərdə bir neçə gün əvvəl Bakıda Kinostudiyada baş vermiş partlayışdan bəhs olunur.
Erməni nəşri mənbəyə istinadən yazır ki, Bakıda baş verən partlayış İranın marağıda olan məsələyə çevrilib. “Bakıda partlayış. İranın cavabı neftə zərbə olacaqmı? Bakı hakimiyyəti yeganə qonşu dövlətdir ki, İsrailin İrana təcavüzünü nəinki pisləməyib, hətta səmasını İsrail qırıcılarına da verib. Bakıda müdafiə sənayesinə aid olan “Alov” zavodunda baş verən partlayışdan sonra Azərbaycan neftini İsrailə daşıyan 1,2 milyon barrellik kəmər də cəlbedici hədəf kimi görünür. Deməli, “Alov” zavodunda baş verən partlayış elə belə deyildi? Çox maraqlıdır”.

Geri qayıt