Lavrov Moskvanın tələblərini açıqlayıb

Lavrov qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin siyasi və diplomatik yolla həllinə açıq olub və indi də açıq qalır.
O vurğulayıb ki, münaqişənin köklü səbəblərini aradan qaldırmadan davamlı həll mümkün deyil: “Ukrayna öz dövlətçiliyinin mənşəyinə qayıtmalı və onun hüquqi əsasını yaradan sənədlərin ruhuna və hərfinə əməl etməlidir”, – Rusiya XİN başçısı Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsində bildirib.