Putindən SƏRT XƏBƏRDARLIQ: "Söz yox, hərbi güc ilə cavab veriləcək"
Rusiya prezidenti Vladimir Putin ölkəsinin hər hansı bir təhlükəyə yalnız sözlə deyil, hərbi-texniki vasitələrlə cavab verməyə qadir olduğunu bildirib."Heç kimin şübhəsi olmamalıdır ki, Rusiya mövcud və ya yaranan hər hansı təhdidlərə cavab vermək iqtidarındadır. Və bu cavab təkcə sözlərlə deyil, hərbi-texniki tədbirlər vasitəsilə həyata keçiriləcək", - deyə Rusiya lideri xəbərdarlıq edib.
