Donald Tramp Vaşinqtonda ölüm cəzasının tətbiqinə dair fərman imzaladı

Donald Tramp Vaşinqtonda ölüm cəzasının tətbiqinə dair fərman imzaladı ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda qətl törətməkdə təqsirləndirilən şəxslərə qarşı ölüm cəzasının tətbiqini nəzərdə tutan fərmanı imzalayıb.
Ağ Evdə jurnalistlərlə görüşdə Tramp ölüm hökmünün Vaşinqtonun paytaxt statusuna uyğun olduğunu bildirib.

“Vaşinqtonda insanları öldürənləri ölüm cəzası gözləyir”, – deyə Tramp vurğulayıb.

Prezident əlavə edib ki, fərman dərhal qüvvəyə minir.

Geri qayıt