Avstriyadan sərt addım: İrana uçuşlar ləğv olundu
Məlumatda qeyd olunub ki, İranda davam edən iğtişaşlar, paytaxt Tehranda və ölkənin digər şəhərlərində kütləvi etirazların baş verməsi və bu etirazların indiyə qədər 200-dən çox insanın ölümünə səbəb olması ilə əlaqədar olaraq, aviaşirkət təhlükəsizlik səbəbi ilə İslam Respublikasına uçuşlarını gələn çərşənbə axşamına qədər dayandırıb.
Həmçinin qeyd olunub ki, uçuşların 13 yanvar tarixindən etibarən bərpa edilib-edilməyəcəyi ilə bağlı qərar "yenilənmiş vəziyyətin qiymətləndirilməsindən sonra" veriləcək.
