BƏƏ Tehrandakı səfirliyini bağladı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəsmi olaraq Tehrandakı səfirliyini bağladığını və səfirini geri çağırdığını açıqlayıb.Məlumata görə, qərar İran-İsrail və ABŞ arasında davam edən gərginlik fonunda qəbul edilib. BƏƏ Xarici İşlər Nazirliyi İranın son raket və hücumlarını sərt şəkildə qınayaraq diplomatik nümayəndəliyi bağlamaq və səfirini geri çağırmaqla öz etirazını ifadə edib.
