Trampdan ŞOK İSTƏK
Hər iki hal onun ilk müddətində, 2019 və 2021-ci illərdə baş verib və Nümayəndələr Palatasının təsdiqinə baxmayaraq, Senatda rədd edilib.
Aprel ayında respublikaçı konqresmen Darrell İssa hər iki impiçmenti ləğv etmək üçün qətnamə təqdim edib. Təşəbbüsü 23 respublikaçı birgə irəli sürüb. Onun mətnində hər iki prosesin "Palata impiçment maddələrini heç vaxt təsdiqləməyibmiş kimi ləğv edilmiş" hesab edilməsi təklif olunur.
Palata sədri Mayk Conson "The Wall Street Journal"a bildirib ki, o, qətnaməni Tramp və onun müşavirləri ilə müzakirə edib, lakin məsələ Respublikaçılar Partiyasının prioritet siyahısının başında deyil.
Qəzet qeyd edir ki, qətnamə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə belə, Tramp üçün yalnız simvolik bir qələbə olacaq və ABŞ Konstitusiyasında belə bir prosedur nəzərdə tutulmadığı üçün hüquqi çəkiyə malik olmayacaq.
Harvard Hüquq Məktəbinin fəxri professoru Alan Derşovitz qəzetə açıqlamasında Konqres qətnamələrinin ləğv edilə biləcəyindən əmin olmadığını bildirib.
"Cavabı heç kim bilmir", - deyə o qeyd edib. Şimali Karolina Universitetinin hüquq professoru Maykl Gerard bunu "absurd bir fikir" adlandırıb.
