İki əsrlik tısbağa dünya rekorduna düşdü - Video
Yer üzündə yaşayan ən yaşlı quru heyvanı yeni rekorda imza atıb.Məlumata görə, Conatanın təxminən 1832-ci ildə doğulduğuna inanılır. Beləliklə, onun yaşı artıq 200-ü ötüb.
Nəhəng Seyşel tısbağaları adətən 150 ilədək yaşayır. Conatan isə bu göstəricini xeyli geridə qoyaraq dünyanın ən uzunömürlü quru heyvanı statusunu qoruyur.
Mütəxəssislər bildirirlər ki, tısbağa yaşına baxmayaraq hələ də Sent-Helena adasında xüsusi qayğı altında yaşayır və turistlərin ən çox maraq göstərdiyi canlılardan biridir.
