Netanyahudan "erməni soyqırımı" ilə bağlı açıqlama: QƏTİ ŞƏKİLDƏ...
İsrailin Baş naziri Benyamin Netanyahu "erməni soyqırımı"nın tanınması təşəbbüsünü dəstəkləyib."Mən bunun tanınmasından heç vaxt çəkinməmişəm və bunu qəti şəkildə dəstəkləyirəm", - deyə Netanyahu mətbuat konfransında müvafiq suala cavab olaraq vurğulayıb.
Qeyd edək ki, ölkənin xarici işlər naziri Gideon Saar X hesabında qondarma erməni soyqırımının tanınması ilə bağlı qətnamə layihəsini İsrail hökumətinin təsdiqinə təqdim etmək niyyətində olduğunu bildirib.
