Tramp: Ərdoğanı müharibədən çəkindirdim

Tramp: Ərdoğanı müharibədən çəkindirdim ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib və onunla münasibətlərini yüksək qiymətləndirib.
"Bakupost" xəbər verir ki, Tramp Ərdoğanın onu çox yüksək səviyyədə qarşıladığını və onu “möhtəşəm” lider olduğunu bildirib.

O, çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətinə də toxunaraq deyib ki, Netanyahu Türkiyə və Ərdoğan barədə sərt ifadələr işlədib. Trampın sözlərinə görə, buna cavab olaraq Ərdoğanla danışdığını və Türkiyənin münaqişəyə qoşulmamasında öz rolunun olduğunu bildirib.

“Dedim ki, Ərdoğan müharibəyə qoşula bilərdi. O, İsraili də, Bibini də sevmir. Amma mənim xahişimə görə bunu etmədi”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Türkiyənin güclü ordusu olduğunu vurğulayaraq, ölkənin müasir silahlara sahib olduğunu və F-35 qırıcılarını almaqda maraqlı olduğunu da söyləyib.

Geri qayıt