İran ABŞ bazalarını atəşə tutdu
İran ordusu ABŞ-nin hücumlarına cavab olaraq, Yaxın Şərq ölkələrində yerləşən Amerika hərbi obyektlərinə zərbələr endirib.Bildirilir ki, İran hərbçiləri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ABŞ-nin Küveytdəki “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminə, sursat anbarına və hərbi radiolokasiya obyektinə hücum edib. Bundan əlavə, İran ABŞ-nin Bəhreyndə yerləşən hərbi rabitə və radiolokasiya obyektlərini də hədəf alıb.
Məlumata görə, ABŞ-nin Qətərdəki “Əl-Udeyd” aviabazasına, eləcə də İordaniya və Omandakı hərbi obyektlərinə isə ballistik raketlərlə zərbələr endirilib.
Qeyd edək ki, dünən axşam saatlarında ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr dalğasına başlayıb və zərbələr seriyası tamamlanıb.
