Trampın sərt reaksiyası: "Onları dünən gecə bombaladıq"
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazının bağlandığına dair bəyanatlarına və ticarət gəmilərinə qarşı davamlı hücumlarına kəskin münasibət bildirib.Tramp İrana qarşı irəli sürülən İslamabad memorandumu çərçivəsindəki danışıqların pozulmasından duyduğu hiddəti gizlətməyib: "Biz onlarla görüşlər keçirdik... Dünən bizim üçün ideal bir sazişə razılaşdılar. Nüvə silahı yox, bu yox, o yox, heç nə. Onlar hər şeydən imtina etdilər, sonra otaqdan çıxdılar və bir saat keçməmiş gəmiyə dronla hücum etdilər. Bunu necə başa düşmək olar?"
ABŞ rəhbəri İranın bu hərəkətlərini beynəlxalq razılaşmaların və dəniz hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib və cavab tədbirlərinin davam edəcəyinə işarə vurub.
