"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Bakının 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasi ilə bağlı bütün məsələləri həll etdiyini bildirib.Onun sözlərinə görə, dövlət başçıları səviyyəsində əldə olunan razılaşmalar, eləcə də hökumətlər və aidiyyəti nazirliklərin fəaliyyəti nəticəsində qəzanın nəticələri ilə bağlı bütün məsələlər tənzimlənib.
"Ali səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin işi sayəsində AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll etmişik", - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva və Bakı ikitərəfli münasibətlərin potensialını tam reallaşdırmaq istiqamətində irəliləyirlər.
O, həmçinin qeyd edib ki, hər iki tərəf gələcəkdə də əlaqələrin möhkəmləndirilməsi niyyətindədir və iki xalq arasında dostluğun böyük əhəmiyyət daşıdığını vurğulayıb.
