Kremldən Vaşinqtona şok ittiham: "Öz seçkilərinizdə rus barmağı axtarmağı dayandırın"
Peskovun sözlərinə görə, Donald Trampın ABŞ seçkilərinə "Rusiya müdaxiləsi" barədə səsləndirdiyi iddialar tamamilə əsassız, sübutsuz və anonim məlumatlara söykənir. Kreml rəsmisi həmçinin xatırladıb ki, ABŞ-da əvvəllər bu istiqamətdə aparılmış genişmiqyaslı rəsmi araşdırmalar da Rusiyanın Amerika seçkilərinə hər hansı formada təsir göstərmədiyini rəsmən təsdiqləyib.
