Vens 4-cü dəfə ata oldu
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub.“Sevinc hissi ilə bildiririk ki, bu gün səhər oğlumuz Alek Nil Vens dünyaya gəldi. Uşa (Vensin həyat yoldaşı - red.) və körpə sağlam, xoşbəxtdir, uşaqlarımız isə kiçik qardaşları ilə görüşdüklərinə son dərəcə sevinirlər”, - paylaşımda deyilir.
Qeyd edək ki, Ceyms Devid Vens və onun həyat yoldaşı, hindəsilli amerikalı Uşa Çulukuri 2014-cü ildən evlidirlər. Onların Evan (2017-ci il doğumlu) və Vivek (2020) adlı oğulları, həmçinin Mirabel (2021) adlı qızları var.

