Tramp İranı hədələdi
ABŞ Prezidenti Donald Tramp İranı öldürülən hər bir Amerika əsgərinə görə sərt cavabla hədələyib.Tramp bildirib ki, artıq ABŞ-nin hərbi rəhbərliyinə, o cümlədən Müdafiə naziri Pit Heqsetə və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə müvafiq göstəriş verib.
“İran hər dəfə bir Amerika əsgərini öldürdükdə, bunun əvəzini qat-qat artıq ödəyəcək! Bu göstəriş bütün hərbi rəhbərlərə çatdırılıb”, - deyə o yazıb.
