Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona yola düşüb.Uçuşların izlənməsi xidmətlərinin məlumatına görə, Netanyahu Beer-Şeva yaxınlığındakı Nevatim hərbi hava bazasından havaya qalxıb.
Onun sabah Prezident Trampla görüşü, həmçinin vəfat etmiş ABŞ senatoru Lindsi Qrehemin vida mərasimində iştirakı nəzərdə tutulur.
Netanyahunun təyyarəsi iki saat gecikmə ilə havaya qalxıb. Baş nazirin ofisi gecikmənin səbəbini açıqlamayıb və onun uçuşa başladığını rəsmi şəkildə təsdiqləməyib.
