Ermənilərin törətdiyi Naftalan faciəsi rusiyalı jurnalisti dəhşətə gətirdi - VİDEO

Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində baş verən ailə faciəsi jurnalisti sarsıdıb.
Xatırladaq ki, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan şəhərinin Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.