Yenilik.Az
www.Yenilik.Az » Ədəbiyyat » Məşhur vəkilin ikinci kitabı nəşr olunacaq

Məşhur vəkilin ikinci kitabı nəşr olunacaq

Məşhur vəkilin ikinci kitabı nəşr olunacaq
2022-11-16 , 09:17

Azərbaycanın məşhur vəkillərindən olan Adəm Məmmədovun ikinci kitabı nəşr olunacaq. 

Bu barədə vəkil-yazıçı Adəm Məmmədov Yenilik.az-a açıqlama verib. Onun bildirdiyinə görə, "Oğurlanmış adam" adlı yeni detektiv romanında əsasən ölkəmizdə məhkəmə hüquq sisteminin və istintaqın hansı vəziyyətdə olduğu real faktlarla əks olunur. A.Məmmədov həmçinin deyib ki, "Romanda insan taleleləri, sevgi-məişət dramı və hüquq cameəsinin pərdəarxası məqamları da nümayiş etdirilir."

Qeyd edək ki, bundan əvvəl A.Məmmədovun "Qətlin sonu" adlı detektiv romanı nəşr olunub və vəkil-yazıçının ilk kitabı oxucular tərəfindən böyük maraqla qarşılanıb, bir neçə dəfə imza günləri təşkil edilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.