Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi-VİDEO,FOTOLAR

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi-VİDEO,FOTOLAR

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi-VİDEO,FOTOLAR
2021-07-20 , 09:47

15 saylı Yasamal I seçki dairəsindən deputat Ülvi Quliyevin adından Vətən Müharibəsi iştirakçılarına göndərilən Qurbanlıq payı narazılığa səbəb olub.
AFN xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, deputatın qazilərə göndərdiyi qurbanlıq ət payı köhnə kəsilmiş olub, eyni zamanda ətin rəngi də dəyişib. Namir Hasanlı adında qazimiz də bu “pay”dan alanlar arasındadır: “Bu edilən həqiqətən hörmətsizlikdir, biabrçılıqdır, ayıbdır.
Bu gün heçnə istəmədəyim halda “JEK”-dən zəng etdilər ki, deputat adiyyatı üzrə şəxslərə Qurban payı göndərib, mümkündürsə, gəlin. Belə bir tələbim olmadığı halda Qurban ətidir dedim, getdim götürdüm. Evə gəlib baxıram ki, ət bu halda, kiflənmiş, iylənmiş vəziyyətdədir.
Yaşadığım ünvanda, Yasamal rayonunda onlarla şəhid, qazi ailəsi var. Şəhid ailəsinə və yaxud digər bir ailəyə belə ət layiq görmək nəyə sığır? Heç nə, canları sağolsun! Vətən sağolsun!”
Qazimiz deputatın adından göndərilən ətin videosunu da paylaşıb. Həmin görüntüləri təqdim edirik: 
Mənbə: #Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi - VİDEO+FOTOLAR
Mövqe: Sosial şəbəkələrdə Milli Məclisin deputatı Ülvi Quliyevin Qarabağ qazisi Namir Həsənova yararsız qurban əti göndərməsi barədə xəbər yayılıb.
Unikal.org məsələnin əslində necə baş verdiyini araşdırıb. Bu barədə açıqlama verən qazi Namir Həsənov deyib ki, qurban payı Yasamal bələdiyyəsinin loqosu olan paketdə olub: "Mənə yaşadığım ərazidən zəng olundu ki, sizə çatacaq qurban payı var. Gedib götürdüm. Evdə baxanda gördük ki, ət iylənib. Bu səbəbdən də  MİS-ə zəng elədim ki, bu yararsız əti kim veribsə, gəlin aparın. Orda çalışan bir xanım dedi ki, Ülvi adında bir deputatın payıdır. Amma sonradan məlum oldu ki, bu məsələnin deputat Ülvi Quliyevlə əlaqəsi yoxdur. Çünki əti MİS-ə Yasamal bələdiyyəsi verib, həmin pay bələdiyyənin logosu olan paketdə təqdim olunub. Sadəcə, həmin xanım səhvən Ülvi Quliyevin adını çəkib".
Yasamal MİS-nin sözügedən xanım əməkdaşı qaziyə zəng edərək Ülvi Quliyevin adını yanlışlıqla çəkdiyini etiraf edib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.