Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Azərbaycanda azyaşlı qohumuna təcavüz edən şəxsə AĞIR CƏZA VERİLDİ

Azərbaycanda azyaşlı qohumuna təcavüz edən şəxsə AĞIR CƏZA VERİLDİ

Azərbaycanda azyaşlı qohumuna təcavüz edən şəxsə AĞIR CƏZA VERİLDİ
2021-10-07 , 17:01

Neftçala rayonunun Mirqurbanlı kəndində adı açıqlanmayan yaşayan 9-cu sinif şagirdinə qarşı 3 ildir seksual zorakılıq edən Şahin Rüstəmova hökm oxunub.

Musavat.com xəbər verir ki, Ş.Rüstəmov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, zorakılığa məruz qalan azyaşlı əqli əlilliyi olan ata və yaşı 80-ni haqlamış nənə-babası ilə yaşayırdı.

Azyaşlı qız üç ildir ki - 14 yaşından qohumu olan kişi tərəfindən müxtəlif cinsi zorakılıqlara məruz qalıb.
Hadisə ulə bağlı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2018-ci ilin mart ayında Neftçala rayonu Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib. Qeyd olunan hərəkətlərdə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Bildirək ki, bu məsələni ictimai fəal, Neftçalanın Xolqaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı ictimailəşdirmişdi.
​https://musavat.com/news/azerbaycanda-azyasli-qohumuna-tecavuz-eden-sexse-agir-ceza-verildi_834904.html​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.