Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda dəhşətli qəzaya düşən marşrutun sahibi kimdir? – Bu qəza ilk deyil...

Bakıda dəhşətli qəzaya düşən marşrutun sahibi kimdir? – Bu qəza ilk deyil...

Bakıda dəhşətli qəzaya düşən marşrutun sahibi kimdir? – Bu qəza ilk deyil...
2021-10-13 , 17:45

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili aeroport yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Baş verən yol nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Yeniavaz.com xəbər verir ki, daha əvvəl də “Ayşən LTD” şirkətinə məxsus müntəzəm marşrut xəttində işləyən avtobusların iştirakı ilə bu cür ağır qəzalar baş verib.
17.07.2016-cı il tarixində "Ayşən LTD"-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobus və "Shacman" markalı yük maşınının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi olub. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
01.10.2018-ci il tarixində “Ayşən LTD” şirkətinə məxsus 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 42 sərnişini xəstəxanaya yerləşdirilib, 2 nəfər həyatını itirib. İstintaq zamanı məlum olub sürücü əvəllər məhkum olunmuş şəxs olub.
Məlumat üçün onu da bildirək ki, “Ayşən LTD” şirkəti 2004-cü ildən dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı cəmi 10 manat olan şirkətin rəhbəri Əliyeva İradə Zülfü qızıdır. 
Onu da bildirək ki, bugünə kimi mətbuatda İradə Əliyevanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi olması ilə bağlı çoxsaylı məlumatlar yayılıb. 
Xatırladaq ki, baş verən qəzalardan sonra Bakı Nəqliyyat Agentliyi (BNA) “Ayşən LTD” şirkətilə imzalanan bir-sıra müqavilələrə xitam verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.