Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü - FOTO

Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü - FOTO

Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü - FOTO
2021-10-21 , 20:19

Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.

APAnın məlumatına görə, Vətən müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.
Avtomobildə olan digər sərnişin də qəzada ölüb.
Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov faktı təsdiqləyib.
Qəza Kürdəmir rayonunun Şüşün kəndindən keçən hissəsində baş verib. "Ford" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Qəza nəticəsində G. Ələsgərovadan başqa, 1983-cü il təvəllüdlü Emin Tağıyev də hadisə yerində vəfat edib. Bir nəfər isə xəsarət alıb.
Qəza zamanı G. Ələsgərovanın azyaşlı övladı da yanında olub. Onun vəziyyəti yaxşıdır.
Qeyd edək ki, mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Rəhim Hüseynov və Günel Ələsgərovanın 3 azyaşlı övladı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.