Yenilik.Az
www.YENILIK.Az » Hadisə » OMD-də FACİƏ: Bir gecədə 2 uşaq öldü

OMD-də FACİƏ: Bir gecədə 2 uşaq öldü

OMD-də FACİƏ: Bir gecədə 2 uşaq öldü
2020-02-19 , 15:45

Bakıda 18-dən 19-na keçən gecə 2 körpə xəstəxanada ölüb.


K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 uşaq ölüb.

Qeyd edilir ki, ölkədə uşaqlar arasında xəstəliklər yayılıb. Həmin uşaqlar da bu xəstəliyə tutulubmuşlar və ondan ölüblər.

Elmi-Tədqiqat Pediatriya İnstitutu BAKU.WS-ə bildirdilər ki, həqiqətən də, 18-19 fevral 2020 tarixlərində 2 xəstə yenidoğulan körpə vəfat edib.

Belə ki, 14 günlük uşaq 07.02.20 tarixdə 5 saylı doğum evindən gətirilib. Ona bətndaxili infeksiya, pnevmoniya, periventrikulyar və subkortikal leykomalyasiya, yayılmış damardaxili laxtalanma sindromu diaqnozu qoyulub.

İkinci uşaq isə 1 aylıq olub. O, 17.02.20 tarxdə Balakən rayonu sakini Bakı şəhəri 2 saylı uşaq poliklinikasının göndərişi ilə daxil olub.

Uşağın diaqnozu - bətndaxili infeksiya, fetal hepatit, hepatosplenomeqaliya, NEK, yayılmış damardaxili laxtalanma sindromu olub.

XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.