Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Anasını balta ilə öldürən Ramiz hələ də tapılmayıb

Anasını balta ilə öldürən Ramiz hələ də tapılmayıb

Anasını balta ilə öldürən Ramiz hələ də tapılmayıb
2022-01-19 , 15:06

Xəbər verdiyimiz kimi, yanvarın 13-ü Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib.


DİN-in Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.