Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Masallı və Cəlilabadda insanlar su basmış ərazilərdən belə xilas edildi - VİDEO

Masallı və Cəlilabadda insanlar su basmış ərazilərdən belə xilas edildi - VİDEO

Masallı və Cəlilabadda insanlar su basmış ərazilərdən belə xilas edildi - VİDEO
2022-03-21 , 11:51

Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.

 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.
 
Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və Cəlilabad rayonunun Kövüzbulaq kəndində qarlı-şaxtalı havada köməksiz vəziyyətdə qalmış 5 avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.