Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Tualetdə gizlənən PİTON kişinin ombasını dişlədi

Tualetdə gizlənən PİTON kişinin ombasını dişlədi

Tualetdə gizlənən PİTON kişinin ombasını dişlədi
2022-05-24 , 19:47

Malayziyanın Selayanq şəhərində maraqlı və qorxunc hadisə baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı Səbri Təzəli tualetdə mobil telefonla oyun oynayan zaman qəfil aşağı ətrafından sancı hiss edib.
Ağrıdan bir anlıq qışqıraraq kənara sıçrayan Səbri gördüklərindən şoka düşüb. Onun ombasını dişləyən tualetdə gizlənmiş ilan olub. Özü də bilmədən cəsarətə gələn gənc ilanı əli ilə tutub kənara atıb və təlaş içində tualetdən qapını sındıraraq çıxıb.
Hadisə yerinə gələn xilasedicilər ilanın zəhərsiz piton olduğunu müəyyən ediblər.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, ona ilkin yardım göstərilib.
Ən maraqlısı isə, Səbri evə gəldikdən sonra qəbul etdiyi qərar olub. İlk işi yeni təmirdən çıxan tualetin rəngini dəyişərək büsbütün ağ rəngə boyayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.