Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Azərbaycanda dəhşətli hadisə: Xeyli sayda yaralı var

Azərbaycanda dəhşətli hadisə: Xeyli sayda yaralı var

Azərbaycanda dəhşətli hadisə: Xeyli sayda yaralı var
2022-06-05 , 19:15

Şəki şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.

 
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.
 
Belə ki, içərisində 25 nəfər turistin olduğu "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq aşıb.
 
Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.
 
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralıların Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.