Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var
2022-06-18 , 12:29

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.


Yenilik.az-ın məlumatına görə, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.