Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Azərsun"un maşını minaya düşdü: sürücü yaralandı

“Azərsun"un maşını minaya düşdü: sürücü yaralandı

“Azərsun"un maşını minaya düşdü: sürücü yaralandı
2022-07-14 , 17:00

Cəbrayılda “Azərsun"un maşını mina düşüb, sürücü xəsarət alıb.

Bu barədə Bakupost.az -a ANAMA-dan məlumat verilib.
Bildiirlib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.