Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Əsgər övladlarının yanından qayıdan ailə qəzaya düşdü - Ölən var

Əsgər övladlarının yanından qayıdan ailə qəzaya düşdü - Ölən var

Əsgər övladlarının yanından qayıdan ailə qəzaya düşdü - Ölən var
2022-08-10 , 15:17

Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.