Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda dəhşətli qəza: Ər və arvad vəfat etdi

Bakıda dəhşətli qəza: Ər və arvad vəfat etdi

Bakıda dəhşətli qəza: Ər və arvad vəfat etdi
2022-09-19 , 18:59

Bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınan dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyən olunub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə zamanı dünyasını dəyişən gənc qadın kosmetoloq Məmmədova Mahirə Mahir qızıdır.
 
Klinikanın direktoru Natavan Babayevanın BAKU.WS-ə verdiyi məlumata görə, vəfat edən xanım onun işçisi olub.

Mahirə Məmmədova paytaxtın estetik klinikalarının birində çalışırmış və qəza baş verən gün də işə getdiyi ehtimal olunur.

Avtomobili idarə edən şəxs gənc xanımın həyat yoldaşı Nəbiyev Anar Eldar oğludur.

Cütlüyün azyaşlı iki övladı qalıb.

Qeyd edək ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən "Toyota Prius” markalı avtomobil su daşıyan "KamAZ”a çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini hadisə yerində keçinib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.