Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Azərbaycan Ordusunun hərbçisi qazdan boğularaq öldü

Azərbaycan Ordusunun hərbçisi qazdan boğularaq öldü

Azərbaycan Ordusunun hərbçisi qazdan boğularaq öldü
2022-11-01 , 17:11

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.


Hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.