Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Mingəçevirdə şəhidin məzarına hörmətsizliklə bağlı DİN araşdırma aparır-VİDEO

Mingəçevirdə şəhidin məzarına hörmətsizliklə bağlı DİN araşdırma aparır-VİDEO

Mingəçevirdə şəhidin məzarına hörmətsizliklə bağlı DİN araşdırma aparır-VİDEO
2022-11-09 , 15:45

Mingəçevirdə şəhid Niyazi İsgəndərovun məzarına qarşı hörmətsizlik edilub. Yenilik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videoda danışan şəxs iddia edir ki, şəhidin keçmiş həyat yoldaşı tərəfindən məzarın baş daşına müdaxilə edilib. 

Məsələ ilə əlaqədar araşdırma apardıq. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun Yenilik.az-a bildirdi ki, “Şəhid Niyazi İsgəndərovun qohumları arasında ikinci bir adı da olub-Aqşin. Baş daşındakı həmin hissəyə də “Aqşin” sözü yazılıb. Amma həyat yoldaşı tərəfindən həmin hissə boya ilə rənglənib. Şəhidin valideynləri hadisə ilə bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət ediblər. Hazırda faktla bağlı Mingəçevir Polis şöbəsində araşdırmalar aparılır.” 
Polis kapitanı M.Məsimov əlavə edib ki, “Şəhidin qohumları arasında olan mülk və əmlak mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunub.“
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.