Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda piyadaların vurulması ilə nəticələnən dəhşətli qəzalar - ANBAAN VİDEO

Bakıda piyadaların vurulması ilə nəticələnən dəhşətli qəzalar - ANBAAN VİDEO

Bakıda piyadaların vurulması ilə nəticələnən dəhşətli qəzalar - ANBAAN VİDEO
2022-11-15 , 15:36

Təkcə Bakıda bu ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnmiş 239 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Kriminalqafqaz” xəbər verir ki, bu göstərici paytaxtdakı ümumi avtomobil qəzalarının 63,9 faizini təşkil edir. Həmin hadisələr nəticəsində 110 nəfər həlak olub.
Son təhlillər göstərir ki, analoji qəzalarda piyada məsuliyyətsizliyi böyük rol oynayır. Yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməmək, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtında yol keçmək, yolu keçərkən qulaqlıqdan istifadə olunması, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməmək, qəflətən avtomobil yoluna çıxmaq piyadaların ölümü ilə nəticələnə bilir.
Son dövrlər Bakıda qeydə alınmış piyadavurma hadisələrindən bir neçəsini təqdim edirik.
Əsəbi zəif olanların videoya baxması məsləhət görülmür:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.