Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Millət vəkili VƏFAT ETDİ - FOTO

Millət vəkili VƏFAT ETDİ - FOTO

Millət vəkili VƏFAT ETDİ - FOTO
2022-11-18 , 12:00

Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Bababəyli dünyasını dəyişib.


Yenilik.az xəbər verir ki, deputat 69 yaşında dünyasını dəyişib.
Nazim Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbə daxil olan Nazim Bababəyli 1971-ci ildə həmin məktəbi bitirib. 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR EA "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1977-1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1978-1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışmaqda idi.

Qeyd edək ki, Nazim Bababəyli Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin qardaşıdır.
Allah rəhmət eləsin!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.