Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Lənkəranda ağır qəzada axund öldü

Lənkəranda ağır qəzada axund öldü

Lənkəranda ağır qəzada axund öldü
2022-11-19 , 12:22

Lənkəranda yol qəzası baş verib.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.
Yük motosikleti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.
Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən şəxs orada vəfat edib.
Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.