Bakıda qatar avtomobillə toqquşdu

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yük qatarı 1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlunun idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsini vurub.
Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.
Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.