Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olundu

Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olundu

Xəzər TV-nin adından istifadə edən şəxs ifşa olundu
2023-01-23 , 22:42

Xəzər Media Mərkəzinin adından istifadə edən şəxs polis tərəfindən saxlanılıb.

Məlum olub ki, həmin şəxs gənc qızı aldadaraq onu Xəzər TV-də işə düzəldəcəyinə söz verib. Hətta bunun müqabilində pul da alıb. İşə düzəldəcəyi şəxsdən növbəti dəfə pul alan şəxsi polis elə “iş başında” saxlayıb. Hazırda polis həmin şəxsin digər oxşar cinayətlərinin olub-olmamasını araşdırır.
Yenilik.az xəbər verir ki, belə bir hadisə Bakı sakini Gülsüm Seyidovanın başına gəlib.
İş elanlarının olduğu vatsap qrupunda tanış olduğu bir şəxs onu həm aldadıb, həm də pulunu alıb.
Həmin şəxs Gülsüm Seyidovaya Xəzər Media Mərkəzində vakansiyanın olduğunu bildirib və işə düzəltmək üçün ondan sənədlər və pul istəyib.
Bütün sənədlərini toplayan Gülsüm sonra həmin şəxslə görüşüb. Sənədlərini və “Press kart” üçün tələb olunan vəsaiti ona təqdim edib.
Gülsüm Seyidova bildirib ki, bundan sonra həmin şəxs ona zəng edərək işdə geyinmək üçün uniforma üçün də ayrıca pul tələb edib.
Bundan sonra Gülsüm Seyidova ərazi üzə polis bölməsinə müraciət edib. Dələduzluğu törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən elə “iş başında” saxlanılıb.
Hadisə barədə danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, əməli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Çingiz Mirzəyev saxlanılıb, hazırda araşdırma gedir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.