Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda qadın qəza törədib, ölən və yaralananlar var

Bakıda qadın qəza törədib, ölən və yaralananlar var

Bakıda qadın qəza törədib, ölən və yaralananlar var
2023-02-04 , 10:06

Bakıda qadın qəza törədib, ölən və yaralananlar var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.