Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda "Range Rover" QƏZA ETDİ: Polis xəsarət aldı - FOTOLAR

Bakıda "Range Rover" QƏZA ETDİ: Polis xəsarət aldı - FOTOLAR

Bakıda "Range Rover" QƏZA ETDİ: Polis xəsarət aldı - FOTOLAR
2023-02-04 , 17:48

Bakıda yol qəzasında polis xəsarət alıb.
 
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda “Rang-Rover” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
Yaralı xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.