Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Lerikdə 11-ci sinif şagirdi 59 yaşlı müəllimindən hamilə qaldı — 3 UŞAQ ATASI HƏBS EDİLDİ

Lerikdə 11-ci sinif şagirdi 59 yaşlı müəllimindən hamilə qaldı — 3 UŞAQ ATASI HƏBS EDİLDİ

Lerikdə 11-ci sinif şagirdi 59 yaşlı müəllimindən hamilə qaldı — 3 UŞAQ ATASI HƏBS EDİLDİ
2020-04-08 , 12:04

Daxili İşlər Nazirliyi Lerik rayonunda 17 yaşlı qızın müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalması haqda açıqlama verib.

Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır:

"Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Zərərçəkmiş M. B polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib".
E. Zahidov qeyd edib ki, bununla bağlı martın 23-də Lerik Rayon Polis Şöbəsinə şikayət daxil olub:

"Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də qeyd edilən maddələrlə cinayət işi başlanılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, təqsirləndirilən 59 yaşlı Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.