Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Nigar məni təhqir etmişdi” deyən sürücü həbs edildi

“Nigar məni təhqir etmişdi” deyən sürücü həbs edildi

“Nigar məni təhqir etmişdi” deyən sürücü həbs edildi
2023-02-28 , 14:35

Fevralın 25-də Bakı şəhər Nəsimi rayonu ərazisində müğənni Nigar Camalla mübahisə edən sürücü ilə bağlı qərar verilib. 

Yenilik.az xəbər verir ki, Göygöl rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Əliyev (şərti) Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda Orxan Əliyev barəsindəki protokola baxılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə 15 sutka inzibati həbs cəzası verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.