Yenilik.Az
www.Yenilik.Az » Hadisə » BAKIDA KARANTİNİ POZAN 77 YAŞLI KİŞİ QƏZA TÖRƏDİB QAÇDI-ANBAAN VİDEO

BAKIDA KARANTİNİ POZAN 77 YAŞLI KİŞİ QƏZA TÖRƏDİB QAÇDI-ANBAAN VİDEO

BAKIDA KARANTİNİ POZAN 77 YAŞLI KİŞİ QƏZA TÖRƏDİB QAÇDI-ANBAAN VİDEO
2020-05-03 , 23:02

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Yenilik.az-ın xəbərinə görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota Prado” markalı, 10-MM-100 qeydiyyat nişanlı avtomobil “Renault Megane” markalı 99-SD-845 qeydiyyat nişanlı avtomobilə çırpılıb. Hadisə nəticəsində “Renault Megane”da olan xanım sərnişin xəsarət alıb. “Toyota Prado” qəza baş verən yerdən uzaqlaşıb.

Vurulan avtomobilin sürücüsü bildirib ki, “Toyota Prado” Dadaşov Əliyar Ələkbər oğluna məxsusdur, 77 yaşı var. Zərərçəkmiş qeyd edib ki, xüsusi karantin rejimində Ə.Dadaşovun avtomobil idarə etməsi karantin rejimi qaydasının pozulmasıdır: “Qəza bir neçə gündür, baş verib, amma zərəri ödəmir...”
[frame=//player.bax.tv/100630.html]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.