Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Abşeronda “qoçuluq” edən sürücü barəsində araşdırma başladı - VİDEO

Abşeronda “qoçuluq” edən sürücü barəsində araşdırma başladı - VİDEO

Abşeronda “qoçuluq” edən sürücü barəsində araşdırma başladı - VİDEO
2020-05-18 , 16:31

Abşeron rayonu Saray qəsəbəsində “qoçuluq” edən sürücü barəsində araşdırma başlayıb.



Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.


O deyib ki, qurum sosial şəbəkədə yayılan videogörüntülərdən xəbərdardır:


“Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində sürücü ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, hadisə mayın 16-sı Saray qəsəbəsində qeydə alınıb. 90-UN-149 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olub sağa dönən zaman sağ zolaqdakı maşını sıxışdırıb. Bu zaman sürücülər arasında mübahisə yaranıb. Qaydaları pozaraq qəza şəraiti yaradan sürücü digər hərəkət iştirakçısına söyüş söyüb və “səni dərədən aşağı düşürərəm”, - deyərək hədə-qorxu gəlib.Oxu.az
[frame=https://baku.tv/embed/18846]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.